14 Avqust 21:02 Soldado İspaniyaya döndü - FOTO
FUTBOL xəbərləri 14 Avqust 21:02
591 baxış

Soldado İspaniyaya döndü - FOTO

İspaniyalı hücumçu Roberto Soldado yenidən La Liqada çıxış edəcək. Apasport.az saytının məlumatına görə, futbolçu “Vilyareal”la müqavilə bağlayıb.

 

Klubun rəsmi saytından bildirilir ki, müqavilə 3 illik nəzərdə tutulub. Hələlik keçidin maliyyə tərəfləri haqqında məlumat verilmir.

 

Qeyd edək ki, Soldado 2013-cü ildə 30 milyon avro qarşılığında bir başqa ispan klubu “Valensiya”dan “Tottenhem”ə keçmişdi.

Xəbər lenti