9 Noyabr 19:02 “Sözsüz, xal itirmək xoş deyil” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 9 Noyabr 19:02
808 baxış

“Sözsüz, xal itirmək xoş deyil” – Roman Qriqorçuk

“Uzun müddətdir davam edən qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XII turunun son matçında öz meydanında “İnter”lə oynayan “qırmızı-qaralar”ın çalışdırıcısı 1:1 hesablı bərabərliklə bitən oyunu belə şərh edib: “Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. "Borussiya" ilə oyundakı məğlubiyyət isə bu qəbildən deyil. Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı”.

Xəbər lenti