7 Oktyabr 19:14 Stefan Əl-Şaaravi millimizlə oyundan danışdı
FUTBOL xəbərləri 7 Oktyabr 19:14
1765 baxış

Stefan Əl-Şaaravi millimizlə oyundan danışdı

“Səfərdə heç vaxt asan olmur. Azərbaycanla görüşün əhəmiyyətini də hər kəs bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının hücumçusu Stefan Əl-Şaaravi deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızın qonağı olacaq “skaudra adzurra”nın hücumçusu İtaliya mətbuatına verdiyi açıqlamasında oyuna yaxşı hazırlaşdıqlarını qeyd edib:

 

“Qazanacağımız qələbə bizi Avropa çempionatının final mərhələsinə bir az da yaxınlaşdıracaq. Həqiqətən oyuna çox yaxşı hazırlaşmışıq. Müxtəlif taktikalar üzərində işləmişik. Mən hesab edirəm ki, hər bir futbolçu oyunun vacibliyi bilir. Evə qələbə ilə qayıda bilərik”.

Xəbər lenti