15 Oktyabr 16:33 Stoyka ilə
FUTBOL xəbərləri 15 Oktyabr 16:33
814 baxış

Stoyka ilə

Moldova yığmasını Azərbaycan millisi ilə qarşılaşmaya çıxaracaq baş məşqçi bəlli olub. Apasport.az saytının məlumatına görə, rəqibimizə noyabrın 17-də keçiriləcək qarşılaşmada da Ştefan Stoyka başçılıq edəcək.

 

Belə ki, 48 yaşlı rumıniyalı mütəxəssislə bağlı qərarın Bakıdakı oyundan sonra verilməsi məqsədəuyğun sayılıb. Moldova Futbol Federasiyası millimizlə qarşılaşmadan sonra Stoykanı bu vəzifəyə təyin edib-etməmək və ya başqası ilə əvəzləmək barədə sözünü deyəcək.

 

Bu isə o deməkdi ki, mütəxəssisin taleyinə böyük ölçüdə Bakıda aydınlıq gələcək. Stoyka sentyabrın 21-də yığmanın baş məşqçisi əvəzi təyin edilib. Vəzifəsini müvəqqəti icra edən çalışdırıcı komandanı AVRO-2016-nın son iki seçmə oyununa  çıxarıb.

 

Postunda 3-cü matçında millimizlə görüşəcək mütəxəssis postunda qalmaqda iddialıdı. Həm “Zimbru”, həm yığmada çalışan Stoyka iki vəzifəni tutmasının ona çətinlik yaratmadığını və bu tempdə davam etməyə hazır olduğunu açıqlayıb.

 

Qeyd edək ki, futbolçu kimi Rumıniya yığması və “Styaua”da tanınan Stoyka 1999-cu ildən başladığı məşqçilik karyerasında vətənində, Moldova və Kiprdə 10-dan artıq klubda çalışıb.

 

O, 2012-13-cü illərdə “Milsami”də yığmamızın sabiq üzvü Elhad Nəzirinin baş məşqçisi olub.

 

 

 

Xəbər lenti