1 Sentyabr 09:26 Şuker Xorvatiya yığmasının məşqini izlədi, razı qaldı
FUTBOL xəbərləri 1 Sentyabr 09:26
748 baxış

Şuker Xorvatiya yığmasının məşqini izlədi, razı qaldı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya yığması hazırlığını davam etdirir. Apasport.az saytı xəbər verir ki, Niko Kovaçın yetirmələri məşqləri Zaqrebdə, “Maksimir” stadionunda keçirlər.

 

Xorvatiya millisinin dünən axşamkı məşqini ölkənin futbol federasiyasının prezidenti Davor Şuker və birinci vitse-prezidenti Zdravko Mamiç tribunadan izləyib.

 

Komandanın şən əhval-ruhiyyədə hazırlıq keçməsi Şuker və köməkçisini də sevindirib. Sabiq hücumçu məşqin gedişindən və Xorvatiya yığmasının hazırkı vəziyyətindən razı qaldığını bildirib.

 

Qeyd edək ki, sentyabrın 3-də “Bakcell Arena”da millimizlə qarşılaşacaq Xorvatiya millisi 3 gün sonra Norveçin qonağı olacaq.  

Xəbər lenti