13 Noyabr 10:33 Süleymanovdan sərt addım: Mədətov yığmadan qovuldu!
FUTBOL xəbərləri 13 Noyabr 10:33
2350 baxış

Süleymanovdan sərt addım: Mədətov yığmadan qovuldu!

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarında uğursuz çıxış edən Azərbaycan yığması ilə bağlı ilk sərt addım atılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 2 məğlubiyyətdən sonra komandanın üzvü Mahir Mədətov yığmanın heyətindən kənarlaşdırılıb.

 

Buna səbəb onun komandada intizam qaydalarını kobud şəkildə pozmağı olub. Bu üzdən baş məşqçi Nazim Süleymanovun Mədətovu komandadan qovmağa qərar verib.

 

Qeyd edək ki, millimiz ilk oyunda Ukraynaya 0:4, ardınca Türkiyəyə 0:1 hesabı ilə uduzub.