31 Avqust 13:05 “Sumqayıt” 3 futbolçusunu uzaqlaşdırdı
FUTBOL xəbərləri 31 Avqust 13:05
887 baxış

“Sumqayıt” 3 futbolçusunu uzaqlaşdırdı

Topaz Premyer Liqasına uğursuz start götürən “Sumqayıt” radikal addım atıb. Klubdan apasport.az saytına verilən məlumata görə, rəhbərlik futbolçuları cəzalandırmaq qərarına gəlib.

 

İlk 3 turda cəmi 2 xal toplayan “gənclik şəhəri” təmsilçisi 3 futbolçusunu əsas heyətdən uzaqlaşdırıb. Belə ki, müdafiəçi Emin Mehdiyev və yarımmüdafiəçilər Elnur Abdulovla Uğur Pamuk zəif çıxış etdikləri üçün əvəzedici heyətə göndəriliblər. Adıçəkilən oyunçular əvəzedicilərin heyətində özlərini doğrulda bilsələr, baş məşqçi Aqil Məmmədov onları yenidən əsas komandaya qaytaracaq.

 

Qeyd edək ki, Emin Mehdiyev yay fasiləsində “Neftçi”dən, Elnur Abdulov isə “Zirə”dən transfer edilmişdi.

Xəbər lenti