11 Avqust 11:35 “Sumqayıt” və “Kəpəz”in yeni transferləri cəzalandırıldı
FUTBOL xəbərləri 11 Avqust 11:35
639 baxış

“Sumqayıt” və “Kəpəz”in yeni transferləri cəzalandırıldı

AFFA İntizam Komitəsi (İK) mövsümün ilk iclasını keçirib. Apasport.az saytının məlumatına görə, İK Topaz Premyer Liqasının I turunda baş verən neqativ hallara hüquqi qiymət verib.

 

Açılış turunun “Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan qovulan qonaqların müdafiəçisi Şəhriyar Əliyev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Görüşün 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində isə “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat ziyana düşüb.

 

“Rəvan” – “Sumqayıt” qarşılaşmasının 40-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan qonaqların hücumçusu Ağabala Ramazanov isə 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. İK həmçinin “Sumqayıt”a 2000 manat cərimə kəsib.

Xəbər lenti