31 Avqust 11:12 “Sumqayıt”ın rəqibi dəyişdi
FUTBOL xəbərləri 31 Avqust 11:12
473 baxış

“Sumqayıt”ın rəqibi dəyişdi

Yığma komandamızın iştirakı ilə bağlı yaranmış fasilədən yararlanan “Sumqayıt” təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi yoxlama görüşündə də qüvvəsini sınayacaq.

 

Baş məşqçi Aqil Məmmədov yetirmələrini Premyer Liqanın digər iştirakçısı “İnter”lə matçda sınamaq fikrində idi. Lakin “bankirlər”in hazırlıq üçün Gürcüstana yollanması “Sumqayıt”ın da planına təsir edib. Komanda bunun əvəzinə I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşacaq. Bu görüş sentyabrın 2-də "Kapital Bank Arena"da keçiriləcək və saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, “Sumqayıt” Topaz Premyer Liqasının IV turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə"ni qəbul edəcək. Bu oyun sentyabrın 13-də olacaq.

Xəbər lenti