26 Oktyabr 14:04 “Sumqayıt”ın xal mənbəyi – “Qarabağ”
FUTBOL xəbərləri 26 Oktyabr 14:04
5832 baxış

“Sumqayıt”ın xal mənbəyi – “Qarabağ”

Topaz Premyer Liqasının I dövrəsinin son oyun günü sensasiya ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, hazırkı mövsümün 8 turunda qələbənin nə olduğunu bilməyən “Sumqayıt” siftəni “Qarabağ”la ev oyununda edib.

 

Samir Abasovun komandası son iki mövsümün çempionu və bu qarşılaşmayadək lider olan ağdamlıları zirvədən salıb. Sumqayıtlılar, həm də çempionun məğlubiyyətsizlik seriyasını qırıblar. Belə ki, Qurban Qurbanovun yetirmələri cari mövsümdə keçirdiyi 8 görüşün heç birində uduzmamışdı.

 

Qələbəsiz və məğlubiyyətsiz irəliləyən iki komandanın duelində seriyaların qırılması isə təsadüfi deyil. “Qarabağ” digər komandalar üçün nə qədər qorxulu rəqib olsa da, “Sumqayıt” üçün bir o qədər asan yemdi.

 

Bunu “Sumqayıt”ın tarixi də göstərir. 2011-ci ilin yayında Premyer Liqada peyda olan komanda gününü autsayderlər arasında keçirə-keçirə, ümumilikdə 28 qələbə qazanıb. 11 komandaya qalib gəlməyi bacaran “Gənclik şəhəri” təmsilçisinin ən çox məğlub etdiyi rəqiblərdən biri elə “Qarabağ”dı. Çempion artıq 4-cü dəfədi sumqayıtlılar önündən başıaşağı ayrılır. Yalnız “Kəpəz” 4 il əvvəl Premyer Liqaya qayıdan komanda önündə bu qədər aciz olub. Əvvəllər iddiası ilə hamıya meydan oxuyub, indi heç də ən yaxşı günlərini yaşamayan “Neftçi” ilə “Xəzər Lənkəran” isə hərəyə 3 dəfə “Sumqayıt” önündə xalsız qalıb.

 

 

“Sumqayıt”ın Premyer Liqada qalib gəldiyi komandalar

 

klublar

2011/12

2012/13

2013/14

2014/15

2015/16

Cəmi

Qarabağ

1

0

1

1

1

4

Kəpəz

2

2

0

0

0

4

AZAL

2

0

1

0

0

3

Neftçi

0

1

2

0

0

3

Xəzər L

0

1

0

2

0

3

Turan

1

2

0

0

0

3

Rəvan

0

2

0

0

0

2

Bakı

0

1

0

1

0

2

Simurq

0

0

0

2

0

2

Qəbələ

0

0

1

0

0

1

İnter

0

0

0

1

0

1

 

6

9

5

7

1

28

 

 

“Sumqayıt”ın Premyer Liqada debüt etdiyi vaxtdan “Qarabağ”ın da məğlubiyyətləri o qədər çox olmayıb. Arxada qalan 4 mövsüm və cari çempionatın I dövrəsində ağdamlılar cəmi 25 dəfə uduzub. Bunların da 4-də 3 xalı heç bir iddiası olmayan “Sumqayıt” əldə edib.

 

Düzdü, bu dövrdə “Xəzər Lənkəran”la “Qəbələ” hərəyə 5, “Neftçi” isə “Gənclik şəhəri” təmsilçisi kimi 4 dəfə Qurbanovun yetirmələrini məyus edib. Lakin bu 3 komandanın hər biri nəticələri və iddiası “Qarabağ”la ayaqlaşmaq niyyətində olanlardı. Öyünə biləcəyi heç bir nəticəsi olmayan “Sumqayıt” isə “Qarabağ” üçün bu 3 iddialı qədər çətin rəqibdi.

 

“Qarabağ”ın Premyer Liqada uduzduğu komandalar (2011/12 mövsümündən sonra)

 

klublar

2011/12

2012/13

2013/14

2014/15

2015/16

Cəmi

Xəzər Lənkəran

2

1

2

0

0

5

Qəbələ

2

1

0

2

0

5

Neftçi

3

1

0

0

0

4

Sumqayıt

1

0

1

1

1

4

Bakı

1

0

1

0

0

2

AZAL

0

1

1

0

0

2

Simurq

0

1

1

0

0

2

İnter

0

0

0

1

0

1

 

9

5

6

4

1

25

 

Xəbər lenti

Xəbər lenti