4 İyun 15:21 Superkubok da “Qarabağ”ın?
FUTBOL xəbərləri 4 İyun 15:21
6214 baxış

Superkubok da “Qarabağ”ın?

Azərbaycan kubokunun finalında qalib gələn “Qarabağ” bu qələbə sayəsində daha bir mükafat əldə edə bilər. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinə Superkubokun təqdim edilməsi ehtimal olunur.

 

Məsələ ondadı ki, sonuncu dəfə 2013-cü ildə keçirilən Superkubokun “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra PFL prezidenti Ramin Musayev “Qızıl dubl”un olacağı halda, Superkubokun keçilməyəcəyini bildirmişdi. Qurum başçısı Premyer Liqanın qalibinin kuboku da başı üzərinə qaldırsa, 3-cü mükafat uğrunda qarşılaşmaya çıxmayacağını açıqlamışdı.

 

Amma həmin vaxt məsələyə tam aydınlıq gəlməmişdi. Çünki Superkubokun keçirilməməyi iki anlama gəlir.

 

Birincisi, bu mükafat mövsüm üçün ləğv olunur. Yəni, Superkubokun keçirilmədiyi adi illərdən birinə çevrilir.

 

İkincisi, hər iki mükafatı qazana komanda oyunsuz Superkuboka da yiyələnir. Yəni, bu kluba formallıq daşıyan kubok təqdim edilir.

 

Avropa praktikasında tətbiq edilməyən bu addım ölkəmizdə bir dəfə gerçəkləşib. 1993-cü ildə “Qızıl dubl”a imza atan “Qarabağ”a oyunsuz Superkubok da təqdim edilmişdi.  Bu dəfə necə olacağına isə hələ tam aydınlıq gəlməyib. 1993-cü ildəki kimi Superkubokun “Qarabağ”a təqdim edilməsi də, 2013/14 mövsümünün qaliblərinin qarşılaşmadığı kimi yarışın ləğvi də mümkündü.

 

Qeyd edək ki, Avropa ölkələrində bir komanda “Qızıl dubl”a imza atırsa, Superkubokda ya kubokun finalçısı, ya da çempionatın gümüş mükafatçısı ilə qarşılaşır.

Xəbər lenti