11 İyul 19:06 Superliqa klubu “Latsio”nun futbolçusunu transfer edir
FUTBOL xəbərləri 11 İyul 19:06
833 baxış

Superliqa klubu “Latsio”nun futbolçusunu transfer edir

Türkiyənin “Trabzonspor” klubu “Latsio”nun futbolçusu Luiş Kavandanı transfer etməyə yaxındı. Apasport.az saytının məlumatına görə, bu barədə “bordo-mavilər”in baş katibi Köksal Günay açıqlama verib.

 

Baş katib bildirib ki, artıq futbolçu və klubu ilə prinsipial razılaşma əldə olunub. Keçiddə heç bir problem olmayacaq.

 

Qeyd edək ki, 24 yaşlı Kavanda 2010-cu ildən “Latsio”nun formasnı geyinir. Konqolu futbolçu bu müddətdə müxtəlif illərdə “Turin” və “Bari”də də icarə əsasında çıxış edib.

Xəbər lenti