4 Avqust 15:11 Superliqada 10 ulduz
FUTBOL xəbərləri 4 Avqust 15:11
3813 baxış

Superliqada 10 ulduz

UEFA Türkiyədə ən uğurlu karyera qurmuş ulduz futbolçuların adlarını açıqlayıb. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, ilk “10-luq”da “Qalatasaray”ın oyunçuları çoxluq təşkil edirlər.

 

Bu yay Türkiyəyə ulduz futbolçu axınının olması diqqət çəkir. Belə ki, Robin van Persi, Luiş Nani, Lukas Podolski, Mario Qomes və Samuel Eto kimi məşhur simalar yeni mövsümdən Türkiyə Superliqasında mübarizə aparacaqlar.

 

UEFA da indiyə qədər Türkiyədə çıxış etmiş ulduz futbolçularla bağlı araşdırma aparıb və onların arasından ən uğurlu 10 oyunçunu müəyyənləşdirib. “Qalatasaray”ın “qızıl heyət”ində yer almış və 2000/01 mövsümündə UEFA Kubokunu qazanmış komandanın 3 üzvü “10-luğ”a düşüb. Həmin il Avropa Superkubokunun qazanılmasında böyük rol oynamış Mario Jardel və “sarı-qırmızılılar”ın heyətində il yarım çıxış etməsinə baxmayaraq, komandanın Çempionlar Liqasında (2012/13) 1/4 finala qədər irəliləməsində əməyi olmuş Didye Droqba da “10-luğ”a düşməyi bacarıb.

 

“Fənərbaxça”nın əfsanəvi braziliyalısı Aleks de Souza, həmçinin 5 il “sarı-lacivərdlilər”in müdafiə xəttinin dirəyi olmuş Dirqo Luqano, eləcə də klubda uğurlu 2 mövsüm keçirmiş Pyerr van Hoydonk da fərqləndiriliblər.

 

Türkiyənin digər “böyükləri” “Beşiktaş” və “Trabzonspor” isə hərəyə 1 oyunçu ilə təmsil olunublar. UEFA istanbulluların ən uğurlu əcnəbisi kimi Tomas Sivoku, “Trabzonspor”da isə Şota Arveladzeni hesab edib.

 

Türkiyədə ən uğurlu karyera qurmuş ulduz futbolçular bunlardı:

Georgi Haci (Rumıniya – “Qalatasaray”, 1996–2001)

Aleks de Souza (Braziliya – “Fənərbaxça”, 2004–2012)

Georgi Popesku (Rumıniya – “Qalatasaray”, 1997–2001)

Dieqo Luqano (Uruqvay – “Fənərbaxça”, 2006–2011)

Didye Droqba (Fil Dişi Sahili – “Qalatasaray” – 2013-14)

Tomas Sivok (Çexiya – “Beşiktaş”, 2008–2015)

Pyerr van Hoydonk (“Fənərbaxça” – Hollandiya, 2003–2005)

Şota Arveladze (Gürcüstan, “Trabzonspor”, 1993–1997)

Mario Jardel (Braziliya – “Qalatasaray”, 2000-2001)

Klaudio Taffarel (Braziliya – “Qalatasaray”, 1998–2001)