24 Avqust 22:50 Svanadze və Şükürov razı qalmadı
FUTBOL xəbərləri 24 Avqust 22:50
328 baxış

Svanadze və Şükürov razı qalmadı

“Oyun çətin alındı. İlk hissədə zəif çıxış etsək də, ikinci hissədə oyunumuzu tapdıq". Apasport.az saytının məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının III turunun son matçında "Zirə"nin qonağı olan "bankirlər" qolsuz bərabərliklə (0:0) yadda qalıblar. Görüşdən sonra mətbuat konfransında fikirlərini bölüşən Svanadze komandasından tam razı olmadığını söyləyib: "Daha yaxşı oynamaq üçün çalışmaq lazımdı. Xüsusən də, qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam”.
 

"Zirə"nin baş məşqçisi Adil Şükürov isə gözlədiklərindən də ağır oyun keçirdiklərini deyib: “İnter”in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. “Zirə” isə hər keçən turda öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız var idi. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Xəbər lenti