19 İyun 11:57 Tahir Süleymanov yenidən “Neftçi”də: Müşahidə Şurasında qalmaqal düşdü
FUTBOL xəbərləri 19 İyun 11:57
2873 baxış

Tahir Süleymanov yenidən “Neftçi”də: Müşahidə Şurasında qalmaqal düşdü

Belçikalı futbolçu Emil Mpenzaya görə FİFA tərəfindən cəzalandırılan “Neftçi” klubunun Müşahidə Şurası (MŞ) dünən iclas keçirib. Apasport.az saytının xəbərinə görə, MŞ sədri Çingiz Abdullayevin rəhbərlik etdiyi toplantıya komandanın sabiq vitse-prezidenti Tahir Süleymanov da qatılıb.

 

Abdullayevin dəvəti ilə MŞ iclasında iştirak edən Süleymanov “Mpenza qalmaqalı” ilə fikirlərini çatdırıb və vəziyyətdən çıxış yolu üçün Şura üzvlərinə öz tövsiyələrini verib. Bu isə klubun icraçı-direktoru Elnur Məmmədovun etirazına səbəb olub. O, tez-tez Süleymanovun fikirlərinə müdaxilə etdiyindən, Tahir bəylə Məmmədov arasında qalmaqal yaşanıb.

 

Süleymanov əməkdaşımızla söhbətində həqiqətən də MŞ iclasında iştirakını təsdiqləyib. Amma o, toplantıda baş verənlərlə bağlı az sonra açıqlama verəcəyini bildirib.

 

 

 

Xəbər lenti