18 Oktyabr 13:03 “Tək mənim istəyimlə iş bitmir” – Rafael Santos
FUTBOL xəbərləri 18 Oktyabr 13:03
4870 baxış

“Tək mənim istəyimlə iş bitmir” – Rafael Santos

“Çernomorets”lə Odessadakı yoldaslıq görüsündə diz nahiyəmdən zədələndim. Bundan sonra müalicə olunaraq, bərpa prosesi keçirəm. Artıq fərdi məşqlərə başlamışam. Ayağımda, az da olsa, ağrılar hiss edirəm. Ancaq düşünürəm ki, yaxın vaxtda hazır ola biləcəyəm". Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin müdafiəçisi Rafael Santos deyib.

 

Millinin oyunları ilə əlaqədar hələ sentyabrda yaranan fasilə zamanı zədələnən 31 yaşlı legioner 1 aydan artıqdır ki oynamır. Son rəsmi matçını Avropa Liqasının pley-off mərhələsində, avqustun 20-də “Panatinaikos”la Bakıdakı oyunda keçirən Rafael elə həmin matçda aldığı sarı vərəqəyə görə Afinadakı cavab matçını buraxmalı olmuşdu.

 

Santosun fikrincə, bu ayın sonunda komandayla birgə məşq edə biləcək: “Mənə qalsa, indi də meydana çıxmağı düşünürəm. Şəxsən özüm “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim. Ancaq tək mənim istəyimlə iş bitmir. Həkimlərin də məsləhətinə qulaq asmaq lazımdır. Əlbəttə, “Borussiya” kimi güclü rəqiblə oyunlarda iştirak etməyi çox istəyirəm. Ümumiyyətlə, qrup oyunlarında debütümü səbirsizliklə gözləyirəm”.

 

Təcrübəli futbolçu “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışıyla bağlı bunları dedi: “Oynamadığım matçları televiziyadan izləmişəm. Deyə bilərəm ki, “Qəbələ” qrupda da yaxşı təsir bağışlayır. Bu da komandamızın heyətində səviyyəli futbolçuların olmasıyla bağlıdır. İnanıram ki, qrup mərhələsini də keçib, 1/16 finala çıxa biləcəyik”. ("Qəbələ İK" qəzeti)

Xəbər lenti