30 İyul 09:55 “Təkbətək mübarizələrdə güclü olan qapıçıya güvənəcəm” – Emil Balayevin məşqçisi
FUTBOL xəbərləri 30 İyul 09:55
1065 baxış

“Təkbətək mübarizələrdə güclü olan qapıçıya güvənəcəm” – Emil Balayevin məşqçisi

“Komandamız əsasən 4-2-3-1 taktiki sxemi ilə oynayacaq. Ancaq təkcə bu sistemə güvənmək olmaz. Hazırda 4-4-2 sxeminin də üzərində işləyirik. Çünki oyunun gedişindən asılı olaraq, iki hücumçulu sistemə də keçə bilərik”. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe deyib.

 

Millimizin üzvü Emil Balayevin də formasını geyindiyi Frankfurt təmsilçisi yeni mövsümün hazırlığını davam etdirir. Frankfurtluların “Baunatal”la keçirdiyi ötən yoxlama görüşündə 1 hissə oynayan həmyerlimiz əsas heyət qapıçısı olmaq ümidini hələ itirməyib.

 

Məsələ burasındadı ki, “Ayntraxt”ın məşqçilər korpusu Emil Balayev, Yannik Zummak və Haynts Lindner arasında yekun seçimini etməyib.

 

Bu qapıçılar arasında avstriyalı Lindner daha şanslı görünsə də, onun əsas heyət üzvü olacağı tam dəqiqləşməyib.

 

Bunu Fenin açıqlamasından da hiss etmək mümkündü. Təcrübəli çalışdırıcı təkbətək mübarizələrdə daha güclü olan qolkiperə şans verəcəyini bildirib: “Yeni mövsümdən sırf hücum futbolu oynayacağıq, daha çox hücuma atılacağıq. Bu səbəbdən mənə təkbətək mübarizələrdə güclü olan qapıçı lazımdı. Çünki topu itirəcəyimiz təqdirdə, qapımız qarşısında təhlükəli vəziyyət yarana bilər. Bu halda isə qapıçı özünü göstərməli, rəqibin hücumçusu ilə üzbəüz epizoddan qalib ayrılmalıdı. Bunu daha yaxşı bacaran qapıçıya güvənəcəm. Düzdü, Lindner yaxşı qolkiperdi, ancaq meydana çıxmaq üçün çox çalışmalıdı”. 

Xəbər lenti