19 Oktyabr 12:02 Tərlan Əhmədov 100-ü yarıladı
FUTBOL xəbərləri 19 Oktyabr 12:02
705 baxış

Tərlan Əhmədov 100-ü yarıladı

Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb.

 

Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun yetirmələri 44 qol vurub, 64-nü buraxıb. 2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidi.  Belə ki, 11-ci mövsümdü Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib.

 

Onlardan yalnız üçü - Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.

 

mövsüm

O

Q

H

M

T/F

X

2013/14

10

0

5

5

4-11

5

2014/15

32

10

9

13

37-42

39

2015/16

8

1

1

6

3-11

4

Cəmi

50

11

15

24

44-64

48

 

Xəbər lenti