2 Mart 20:10 Tərlan Əhmədov Portuqaliya klubunda - FOTO
FUTBOL xəbərləri 2 Mart 20:10
429 baxış

Tərlan Əhmədov Portuqaliya klubunda - FOTO

Portuqaliyada olan AZAL-nın baş məşqçisi Tərlan Əhmədov PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, adıçəkilən ölkədə “Pasuş de Ferreyra” klubunda təcrübə keçir. Apasport.az saytının məlumatına görə, fevralın 25-dən Pireney yarımadasında olan 43 yaşlı mütəxəssis artıq “Pasuş de Ferreyra”nın baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb.

 

Klub muzeyində də olan Əhmədov eyni zamanda “Pasuş de Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. O, klubun akademiyasının fəaliyyəti ilə yaxından tanış olmaq şansı qazanıb.

 

Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, hazırda Primeyra Liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Pasuş de Ferreyra”nın çempionat çərçivəsində “Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək.

 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Sonda onu da bildirək ki, Tərlan Əhmədov martın 3-də vətənə qayıdacaq və “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.

Xəbər lenti