14 Oktyabr 14:43 “Tofiq Bəhramov”da yeni direktor
FUTBOL xəbərləri 14 Oktyabr 14:43
912 baxış

“Tofiq Bəhramov”da yeni direktor

Tofiq Bəhramov  adına Respublika stadionunun yeni direktorunun adına aydınlıq gəlib. Gənclər və idman nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, mərkəzi arenada bu post Şamil Quliyevə həvalə edilib.

 

Məmmədova bildirib ki, yeni direktor bu vəzifəyə müvəqqəti təyin edilib: “Əgər Quliyev sınaq müddətindən uğurla keçərsə, direktor vəzifəsini davam etdirəcək”.

 

Qeyd edək ki, Quliyev bu vəzifədə bir müddət öncə istefa verən Akif İsmayılovu əvəzləyib.

 

 

Xəbər lenti