28 Oktyabr 11:29 Tomas Tuhel “Qəbələ” ilə oyunu düşünür: Çox vacibdi
FUTBOL xəbərləri 28 Oktyabr 11:29
1520 baxış

Tomas Tuhel “Qəbələ” ilə oyunu düşünür: Çox vacibdi

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı bu gün Almaniya kubokunda 1/16 final matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisi “Paderborn”u qəbul edəcək dortmundlular meydana ideal heyətlə çıxmayacaqlar.

 

Bunu komandanın baş məşqçisi Tomas Tuhel oyunöncəsi mətbuat konfransında deyib. Tuhel Bundesliqanın və Avropa Liqasının növbəti turunu nəzərə alaraq, heyətdə müəyyən dəyişikliklər edəcəyini söyləyib: “Almaniya kuboku da bizim üçün çox önəmlidi. Ancaq olduqca sıx qrafikdə çıxış edirik. Həftəsonu Bundesliqa çərçivəsində “Verder”lə, gələn həftə isə Avropa Liqası matçında “Qəbələ” ilə qarşılaşacağıq. Hər iki görüş hədəflərimiz baxımından bizim üçün çox önəmlidi və bunun hər ikisində çətin də olsa, qələbə qazanmalıyıq. Bunu nəzərə alaraq, “Paderborn”la qarşılaşmada oyun praktikası az olan futbolçulara da şans veriləcək. Bəzi oyunçularımızın dincəlməyə ehtiyacı var”.

 

Tuhel “Paderborn”un yeni baş məşqçisi Ştefan Effenberqin ünvanına da təriflər yağdırıb: “Effenberq öz dövrünün ən güclü futbolçularından biri olub. İnanıram ki, o, məşqçi kimi də özünü doğruldacaq. “Paderborn”un aşağı liqa komandası olması bizim hazırlığımıza təsir etmir. Ölkə kuboku bir oyundan ibarət olur. Bu isə məsuliyyəti birə-beş artırır”.

 

Qeyd edək ki, “Borussiya” – “Qəbələ” oyunu noyabrın 5-də Dortmundda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti