22 İyun 19:14 Toni Adams: Mən “Qəbələ”yə çempion olmaqda kömək etmək istəyirəm
FUTBOL xəbərləri 22 İyun 19:14
994 baxış

Toni Adams: Mən “Qəbələ”yə çempion olmaqda kömək etmək istəyirəm

“Arsenal”ın və İngiltərə milli komandasının keçmiş kapitanı, “Qəbələ”nin İdman Direktoru Toni Adams Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, futbol həyatı, karyerası, eləcə də Rusiyada işləmək perspektivi haqqında danışan Adams hazırda “Qəbələ”də tutduğu vəzifədən, klubun uğurlarından da bəhs edib.

 

Bölgə klubunda futbolla bağlı bütün suallara cavabdeh olduğunu bildirən eks kapitan birbaşa prezidentə tabe olduğunu da xüsusi vurğulayıb:

 

“Klubdakı futbolla bağlı bütün işlərdən mən məsulam və yalnız klub prezidenti qarşısında cavabdehəm. Tam ciddi şəkildə deyə bilərəm ki, məhz mənim işimin nəticəsində komanda müəyyən uğurlar qazanıb. Gəlin belə deyək, yanvarda “Qəbələ” turnir cədvəlində 6-cı pillədə idi, ancaq mən direktor postunu tutandan sonra biz Premyar Liqada 3-cü yeri tutduq, UEFA Avropa Liqasında iştirak edəcəyik”.

 

Komandanın 14 matçlıq məğlubiyyətsiz oyunlar seriyasına da toxunan Adams dalbadal 8 oyunda qazandıqları qələbənin xüsusi bir uğur olduğunu qeyd edib:

 

“Bizim meydançalar demək olar ki bütün postsovet məkanının ən yaxşılarıdı. Ancaq futbolun keyfiyyətindən danışacaq olsaq, deyə bilərəm ki, Azərbaycan birinciliyinin səviyyəsi Türkiyə və Rusiyanın 1-ci divizionlarının qarışığıdı”.

 

“Qəbələ”nin qazandığı uğurla fəxr etməli olduğunu da qeyd edən Adams kluba çempion olmaqda kömək etmək istədiyini bildirib:

 

“Klub həqiqətən də son iki ildə UEFA Avropa Liqasının seçmə mərhələsində iştirak etdiyi üçün fəxr etməlidi, ancaq bir neçə il öncə belə hədəfləri yox idi. Mən “Qəbələ”yə çempion olmaqda kömək etmək istəyirəm”.

Xəbər lenti