7 Avqust 14:30 Toni Adams: Püşk bizi münasib rəqiblə üz-üzə qoysa... - MÜSAHİBƏ
FUTBOL xəbərləri 7 Avqust 14:30
2348 baxış

Toni Adams: Püşk bizi münasib rəqiblə üz-üzə qoysa... - MÜSAHİBƏ

“Qəbələ” klubunun futbol direktoru Toni Adamsın apasport.az saytına müsahibəsi

 

- UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Qəbələ” – “Apollon” (1:0) oyunu ilə bağlı fikrinizi bilmək istərdik...

- Çox çətin oyun oldu. İkinci hissədə komandamızda yorğunluq var idi. Birinci hissədə bizim şanslarımız oldu, amma onları reallaşdıra bilmədik. Halbuki hesabı xeyirmizə dəyişmək mümkün idi. Fasilədən sonra yaxşı oynamadıq. Buna baxmayaraq, geri dönüş edə bildik. Lazım olan qolu vurduq və ilk dəfə pley-offdayıq.

 

- İkinci hissədə üstünlüyün “Apollon”a keçməsi “Qəbələ”nin fiziki baxımdan rəqibindən geri qalmasının nəticəsi idi, yoxsa psixoloji amillər də təsir göstərdi?

- Fiziki cəhətdən problemlərin olduğu danılmır. Amma burda rəqibin də qol vurmaq istəyi onların fəallaşmasına şərait yaratdı. Çünki qolsuz heç-heçə bizə sərf edirdi. Ona görə də, “Apollon” mütləq qol vurmağa çalışırdı. Belədə təbii ki, irəli atılacaqdılar.

 

- “Apollon”un oyunçuları çox aqressiv, hətta kobud idilər. Bu cür həngaməyə ehtiyac var idimi?

- Futbolda belə hallara da rast gəlirsən. Bəzən rəqib qarşısındakını təxribata çəkməklə onun cəzalanmasına, özünün isə əlavə üstünlük qazanmasına çalışır. Bunlar idmandan kənar şeylər olsa da, istifadə edirlər.

 

- “Qəbələ” pley-offda gücünü sınayacaq. Qrup mərhələsinə düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Bu, püşkün nəticəsindən asılı olacaq. Orada güclü rəqiblər var. “Borussiya” (Dortmund), “Sauthempton” kimi güclü komandalar rəqiblərini gözləyir. Püşk bizi münasib rəqiblə üz-üzə qoysa, şansımızı sınayacağıq. Ona görə də, püşkün nəticəsini gözləyək.

 

- Cavid Hüseynovla Ürfan Abbasov cəzalı duruma düşüb və növbəti mərhələdə meydançaya çıxmayacaq. Xüsusilə də, kapitanın yoxluğu təsir edəcəkmi?

- Onlar komandamız üçün vacib oyunçulardı. Amma indiki məqamda “Qəbələ”nin geniş seçim imkanı var. Buna görə də, məşqçilər korpusu seçim etmək qarşısında qalacaq.

Xəbər lenti