27 Oktyabr 12:40 Topaz Premyer Liqası ən az qol vurulan çempionatlar sırasında
FUTBOL xəbərləri 27 Oktyabr 12:40
5506 baxış

Topaz Premyer Liqası ən az qol vurulan çempionatlar sırasında

Milli çempionatların orta məhsuldarlıq üzrə reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya dünyanın müxtəlif səviyyəli 349 liqası daxil edilib.

 

Azərbaycan çempionatının hər iki dəstəsi də siyahıda yer alıb. Orta məhsuldarlığın 2,98-ə bərabər olduğu I divizion cədvəldə 98-ci yerdə qərarlaşıb. Bu da baş tutan 42 oyunda 125 qolun vurulması ilə bağlıdı.

 

I dövrənin 45 oyununda 91 qolun vurulduğu Topaz Premyer Liqası isə məhsuldarlığın aşağı olduğu yarışlardandı. Bu göstəricinin 2,02-yə bərabər olduğu çempionatımız 328-cidi. Bu isə o deməkdi ki, Premyer Liqa məhsuldarlıqda yalnız 21 liqanı qabaqlayır.

 

Qeyd edək ki, ən çox qol Andorranın 2-ci liqasında vurulur. Burada orta məhsuldarlıq 4,77-yə bərabərdi. Mərakeşin 2-ci liqasında isə bu rəqəm hamıdan aşağı – 1,56-dı.

Xəbər lenti