28 Oktyabr 11:32 Topaz Premyer Liqası: Ən intizamlı və intizamsız klublar
FUTBOL xəbərləri 28 Oktyabr 11:32
2347 baxış

Topaz Premyer Liqası: Ən intizamlı və intizamsız klublar

Topaz Premyer Liqasında I dövrənin ən intizamlı və intizamsız komandaları bəlli olub. Apasport.az saytının məlumatına görə, ilk 9 turun 45 qarşılaşmasında hakimlər 202 sarı, 21 qırmızı vərəqə göstərib.

 

Bundan başqa, daha 26 sarı vərəqə sonradan qırmızıya çevrilib. I dövrədə yalnız “Qarabağ”la AZAL qırmızı vərəqə görməyib. Ağdamlılar cəmi 15 xəbərdarlıq almaqla, mövsümün arxada qalan hissəsinin ən intizamlı komandasıdı.

 

“İnter”, “Neftçi” və “Sumqayıt” isə hamıdan çox – hərəyə 4 dəfə qırmızı vərəqə alıb. Futbolçularının aldığı sarı vərəqələr daha çox olan “Sumqayıt” dövrənin ən intizamsızıdı.

 

klub

sarı

Qırmızı (birbaşa)

Qarabağ

15

0

AZAL

25

0

Kəpəz

18

1

Qəbələ

19

1 (1)

Zirə

26

1

Xəzər Lənkəran

14

3

Rəvan

20

3

İnter

18

4 (2)

Neftçi

23

4 (3)

Sumqayıt

24

4 (2)

Cəmi

202

21 (8)

 

 

Xəbər lenti