27 Oktyabr 17:18 Topaz Premyer Liqası: I dövrənin “18-liy”i
FUTBOL xəbərləri 27 Oktyabr 17:18
1231 baxış

Topaz Premyer Liqası: I dövrənin “18-liy”i

Topaz Premyer Liqasının arxada qalan I dövrəsində 18 ölkədən olan futbolçular qol sevinci yaşayıb. Apasport.az saytının məlumatına görə, baş tutan 45 qarşılaşmada qeydə alınan 91 qoldan birinin avtoqol olduğunu nəzərə alsaq, digər topları Azərbaycan təmsilçiləri ilə yanaşı, 17 ölkədən gələn legionerlər vurub.

 

Milliləşən legionerləri yetirməsi olduğu ölkənin üzvü kimi saysaq, rəqib qapısına yol tapan 53 oyunçudan 25-i yerli, 28-i əcnəbidi. Onların vurduğu 90 qoldan 35-i təmsilçilərimizin, 55-i gəlmələrin hesabındadı.

 

55 dəfə fərqlənən 27 legionerə baxdıqda, braziliyalıların üstünlüyü diqqət çəkir. Çempionatımızda qol sevinci yaşayan 7 “sambaçı” 17 dəfə fərqlənib. 9 qola sevinən ukraynalılar bu göstəricidə 3-cüdüsə, digər ölkələr böyük fərqlə geridə qalır.

 

 

Ölkə

Qol vuran futbolçular

Qol

Azərbaycan

25

35

Braziliya

7

17

Ukrayna

3

9

Rusiya

3

4

İsveç

1

4

Gürcüstan

2

3

Monteneqro

1

3

Almaniya

1

2

Argentina

1

2

Bosniya və Herseqovina

1

2

İspaniya

1

2

Estoniya

1

1

Kametun

1

1

Mali

1

1

Nigeriya

1

1

Paraqvay

1

1

Salvador

1

1

Serbiya

1

1

 

Xəbər lenti