14 Oktyabr 15:44 Topaz Premyer Liqası: VIII turun oyunlarının vaxtı açıqlandı
FUTBOL xəbərləri 14 Oktyabr 15:44
696 baxış

Topaz Premyer Liqası: VIII turun oyunlarının vaxtı açıqlandı

Topaz Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 16-da start götürəcək turun ilk günündə “Rəvan” “Kəpəz”i sınağa çəkəcək.

 

Ertəsi gün isə Avropa Liqasında mübarizəni davam etdirən klublar meydana çıxacaq. “Qəbələ” “Neftçi”nin qonağı olacaqsa, “Qarabağ” “Zirə”ni qəbul edəcək.

 

Turun son günü “Xəzər Lənkəran” – AZAl matçı ilə başlayacaq. Həftəyə “Sumqayıt”ın “İnter”lə ev oyunu ilə yekun vurulacaq.

 

Topaz Premyer Liqası

VIII tur

 

16 oktyabr (cümə)

20:30. “Rəvan” – “Kəpəz”

“Bayıl Arena”

 

17 oktyabr (şənbə)

15:30. “Neftçi” – “Qəbələ”

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

18:00. “Qarabağ” – “Zirə”

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

18 oktyabr (bazar)

18:00. “Xəzər Lənkəran” – AZAL

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

20:00. “Sumqayıt” – “İnter”

“Kapital Bank Arena”

 

Xəbər lenti