27 Oktyabr 11:52 Topaz Premyer Liqası: X turun hakimləri açıqlandı
FUTBOL xəbərləri 27 Oktyabr 11:52
484 baxış

Topaz Premyer Liqası: X turun hakimləri açıqlandı

Topaz Premyer Liqasının X turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq II dövrənin ilk oyun gününün mərkəzi qarşılaşması Elvin Əsgərova tapşırılıb.

 

O, “Neftçi” ilə “İnter” arasında matçın baş hakimi olacaq. FİFA hakimlərimizdən isə yalnız Rəhim Həsənov təyinat alıb. “Zirə” – “Kəpəz” matçı ona həvalə olunub.

 

Topaz Premyer Liqası

X tur

28 oktyabr (çərşənbə)

 

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Şaiq  Həmidov

Hakim-inspektor: Füzuli  Nəcəfov

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

17:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev

AFFA nümayəndəsi: Vaqif  Davudov

Hakim-inspektor: Gülağa  Cabarov

Zirə İdman Kompleksinin stadionu

 

17:00. “Qəbələ” – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Abbas  Hüseynov

Hakim-inspektor: Xaqani  Məmmədov

Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “Rəvan”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Sakin  Məmmədzadə

Hakim-inspektor: Vüsal  Əliyev

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

19:00. “Neftçi” – “İnter”

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz  Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

8-ci km qəsəbə stadionu

 

Xəbər lenti