13 Noyabr 13:35 “Tottenhem” koreyalı hücumçusunu “Qarabağ” üçün qoruyur
FUTBOL xəbərləri 13 Noyabr 13:35
777 baxış

“Tottenhem” koreyalı hücumçusunu “Qarabağ” üçün qoruyur

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem”in cənubi koreyalı hücumçusu Hun-min Son zədəsini tam sağaldıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı forvard Ağdam klubu ilə qarşılaşmada meydana çıxa biləcək.

 

Zədəsini yenicə sağaldan və son iki matçın son dəqiqələrində oynamaq imkanı əldə edən Son artıq 90 dəqiqə mübarizə aparmaq iqtidarındadı. Buna baxmayaraq, baş məşqçi Maurisio Poçettino noyabrın 22-də “Vest Hem”lə keçiriləcək London derbisində də onu riskə atmaq fikrində deyil. Argentinalı mütəxəssis yetirməsini noyabrın 26-da “Qarabağ”la Bakıdakı matçda start heyətində meydana buraxmağı düşünür. Poçettino bununla Sonun 3 gün sonra “Çelsi” ilə baş tutacaq oyuna da tam hazır olmasını təmin etmək istəyir.

 

Qeyd edək ki, Hun-min Son “Qarabağ”la Londondakı qarşılaşmada 2 qol vuraraq, “Tottenhem”in qələbəsində (3:1) mühüm rol oynamışdı.

Xəbər lenti