9 Sentyabr 22:56 “Tottenhem”də yeni müqavilə
FUTBOL xəbərləri 9 Sentyabr 22:56
663 baxış

“Tottenhem”də yeni müqavilə

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Tottenhem” futbolçusu Erik Dayerlə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.

 

Belə ki, 21 yaşlı müdafiəçi növbəti 5 ildə də London təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, Dayer ötən mövsüm "Tottenhem"də 36 oyunda oynayıb və 2 qol vurub.