2 Noyabr 12:22 “Tottenhem”dən “Bavariya”ya? - FOTO
FUTBOL xəbərləri 2 Noyabr 12:22
800 baxış

“Tottenhem”dən “Bavariya”ya? - FOTO

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” “qol silahı” Harri Keynlə yollarını ayıra bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, buna səbəb Avropa nəhənglərinin 22 yaşlı forvard uğrunda gərgin mübarizə aparmalarıdı.

 

“Mançester Yunayted”dən sonra artıq “Bavariya” da London klubuna rəsmi təklif göndərib. Münhen təmsilçisi ingilislərin tələb etdiyi 80 milyon avroluq məbləği ödəməyə hazır olduğunu vurğulayıb. Robert Levandovskinin İspaniyaya köçmək istəməsi “Bavariya” rəhbərliyini yeni hücumçu axtarışına çıxmağa vadar edib. Polşalının satışından qazanılacaq məbləğ də İngiltərə yığmasının üzvünün keçidi üçün xərclənəcək.

 

Keynin müqaviləsinə salınan bənddə də göstərilir ki, futbolçu 80 milyon avro müqabilində sərbəst buraxıla bilər. Almaniya çempionu hazırda ingilislərdən cavab gözləyir.

 

Qeyd edək ki, Keyn bu mövsüm İngiltərə Premyer Liqasında 4 qola imza atıb.

Xəbər lenti