15 Sentyabr 13:48 “Tottenhem”in “Qarabağ”la oyun üçün heyəti açıqlandı
FUTBOL xəbərləri 15 Sentyabr 13:48
6251 baxış

“Tottenhem”in “Qarabağ”la oyun üçün heyəti açıqlandı

“Tottenhem” klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyuna hansı heyətlə çıxacağı böyük ölçüdə dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, İngiltərə mətbuatı ehtimal “11-liy”i yazıb.

 

Həmkarlarımızın fikrincə, 4-2-3-1 taktiki sxeminə üstünlük verəcək baş məşqçi Maurisio Pokettino bu heyəti meydana buraxacaq: Mişel Vorm, Yan Vertongen, Tobi Alderveyreld, Denni Rouz, Kiran Trippyer, Tomas Kerroll, Erik Dayer, Aleks Pritçard, Erik Lamela, Bamidele Alli, Harri Keyn.

 

Qeyd edək ki, sentyabrın 17-də “Uayt Hart Leyn” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:05-da start götürəcək.

 

 

Xəbər lenti