12 Noyabr 11:18 “Tottenhem”in “Qarabağ”la oyununu izləyəcəm” – Bred Fridel
FUTBOL xəbərləri 12 Noyabr 11:18
964 baxış

“Tottenhem”in “Qarabağ”la oyununu izləyəcəm” – Bred Fridel

“Tottenhem” bu mövsüm tam başqa futbol sərgiləyir. Bu komanda həm Premyer Liqada, həm də Avropa Liqasında çempionluğa oynaya bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in keçmiş qapıçısı Bred Fridel deyib.

 

2011-2015-ci illərdə London klubunun çərçivəsində dayanan və bu il karyerasını bitirən 44 yaşlı sabiq qolkiper “Qarabağ”ın Avropa Liqasındakı rəqibinin çıxışını dəyərləndirib.

 

Fridel “Tottenhem”in “Qarabağ”a qarşı matçını izləyəcəyini də bildirib: “Mən bu mövsüm “Tottenhem”i Premyer Liqanın ilk “dördlüy”ündə görürəm. Mauritsio Poçettino bu klubda möhtəşəm iş görür. Artıq öz oyun üslubunu, fəlsəfəsini kollektivə yeridə bilib. Amma təkcə oyun sistemi və təcrübə ilə bu səviyyəyə gəlmək mümkün deyil. Poçettinolu “Tottenhem”in bu uğurunun sirri başqadı. Hətta komandanın Premyer Liqada çempionluğa iddia edəcəyini də düşünürəm. Avropa Liqasında da işləri qaydasında gedir. Çətin qrupda yer alsalar da, hazırda birinci yerdədilər. Qrupdakı bütün matçlarını izləmişəm. “Qarabağ” və “Monako”ya qarşı son iki qarşılaşmalarına da baxacam. Mən “Tottenhem”i təkcə bu qrupun yox, ümumilikdə Avropa Liqasının favoriti hesab edirəm. Bu komandanın yeri Çempionlar Liqasıdı”.

 

Qeyd edək ki, 12 turdan sonra 21 xalla İngiltərə Premyer Liqasında V pillədə qərarlaşan “Tottenhem” lider “Mançester Siti”dən cəmi 5 xal geri qalır. London klubu Avropa Liqasının növbəti görüşündə noyabrın 26-da “Qarabağ”ın qonağı olacaq.

Xəbər lenti