28 Avqust 20:22 “Tottenhem”in rəsmi saytı “Qarabağ”dan yazdı
FUTBOL xəbərləri 28 Avqust 20:22
5388 baxış

“Tottenhem”in rəsmi saytı “Qarabağ”dan yazdı

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəsini davam etdirəcək “Qarabağ” J qrupunda “Tottenhem”, “Monako” və “Anderlext” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisinin rəsmi saytı püşkün nəticələri haqqında yazı dərc edib.

 

Məqalədə “Tottenhem”in rəqibləri haqqında qısa məlumatlar yer alıb. İngilis həmkarlarımız “Anderlext” haqqında qeydlərində 1984-cü ildə penaltilərlə qazandıqları UEFA Kuboku finalını xatırladıblar. Əlavə olaraq qeyd olunub ki, iki komanda arasında son matç 2011-ci ilin dekabrında baş tutub və londonlular o oyundan Berbatovun vurduğu qolla 1:1 hesablı bərabərliklə ayrılıblar.

 

“Monako” ilə isə son dəfə 2013-cü ilin avqustunda mövsümlərarası fasilə zamanı qarşılaşdıqları vurğulanıb. Qeyd edək ki, həmin oyunda ingilislər 2:5 hesabı ilə məğlub olmuşdular.

 

London klubunun rəsmi saytının administrasiyası “Qarabağ” haqqında isə bu klubla heç vaxt qarşılaşmadıqlarını qeyd edərək bəhs ediblər. Oxuculara əlavə olaraq məlumat verilib ki, “Qarabağ”ın əsas bazası Bakıda yerləşir və Azərbaycan futbolunun ən nüfuzlu markasıdır.

 

Saytda həmçinin “Qarabağ”ın yaranma tarixi, Avroliqadakı ötənilki uğurları və bu il Premyer Liqadakı çıxışı haqqında məlumatlar verilib.

Xəbər lenti