29 İyul 15:51  “Trabzonspor”un baş məşqçisi istefa verdi
FUTBOL xəbərləri 29 İyul 15:51
1238 baxış

“Trabzonspor”un baş məşqçisi istefa verdi

 “Trabzonspor” klubunun baş məşqçisi Şota Arveladze istefa verib. Apasport.az saytının  Türkiyə mətbuatına istinadən xəbərinə görə, mövsümlərarası fasilədə “bordo-mavililər”in “sükanı arxası”na gətirilən gürcüstanlı çalışdırıcının bu qərarı gözlənilməz olub.

 

Arveladze bir neçə gün öncə komandanın kapitanı Onur Kıvrakı heyətdən kənarlaşdırdığı üçün “Trabzonspor”un baş meneceri Süleyman Hurma işindən ayrıldığını açıqlamışdı. Yaşanan hadisədən sonra 42 yaşlı məşqçinin özü də istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

 

İstefası ilə bağlı danışan Arveladze qərarını belə izah edib: “Məni buraya gətirən Hurmadı. Hansısa futbolçu intizamsızlıq edirsə, mənim də komandada qalmağım düz çıxmaz. Buna görə də, istefa verdim”. 

 

Arveladzenin istefasını eşidən Hurma isə dərhal onunla görüşərək, Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Rabotniçki” ilə oyundan öncə istefa verməsinin yanlış qərar olduğunu bildirib və ən azından, matç bitənə qədər gözləməyini məsləhət görüb.

 

Arveladzenin bu təklifi qəbul etdiyi bildirilir.

 

“Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlu da sabah çox önəmli oyunlarının olduğunu qeyd edərək, matçdan sonra Arveladze ilə danışacağını dilə gətirib.

 

 

Xəbər lenti