11 Noyabr 19:41 "Trabzonspor"un baş məşqçisi istefa verdi
FUTBOL xəbərləri 11 Noyabr 19:41
695 baxış

"Trabzonspor"un baş məşqçisi istefa verdi

“Trabzonspor” baş məşqçi Şota Arveladze ilə yollarını ayırıb. Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

 

Mövsümün əvvəlində komandanın sükanı arxasına gətirilən gürcü mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Buna səbəb “bordo-mavilər”in bumövsümkü zəif çıxışıdı.

 

Geridə qalan 11 tur ərzində 14 xal toplayan “qaradənizlilər” 12-ci sırada qərarlaşıb.

 

Maraqlıdı ki, bu istefa klub prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi dövrdə artıq 5-ci belə haldı.

Xəbər lenti