16 İyun 18:10 Transfer üçbucağı: “Mançester Yunayted” – “Real” – “Tottenhem”
FUTBOL xəbərləri 16 İyun 18:10
874 baxış

Transfer üçbucağı: “Mançester Yunayted” – “Real” – “Tottenhem”

Madrid “Real”ının David De Xeanı transfer etmək arzusu nəhayət reallaşmaq üzrədi. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, bu keçid “çoxgedişli kombinasiya”nın bir parçası ola bilər.

 

Belə ki, madridlilərin 34 yaşlı qapıçısı Kasillas “Tottenhem”in maraq dairəsinə düşüb. Londonlular İkeri transfer etdikləri təqdirdə fransız qapıçı Hüqo Llorisin “Mançester Yunayted”ə keçidinə icazə verəcək.

 

Bu isə öz növbəsində “kral klubu”nun De Xeanı “qırmızı şeytanlar”dan almasını daha da asanlaşdıracaq.

 

 

Xəbər lenti