30 Avqust 14:50 Tuğrul Erat fərqləndi, komandası qələbə qazandı
FUTBOL xəbərləri 30 Avqust 14:50
996 baxış

Tuğrul Erat fərqləndi, komandası qələbə qazandı

Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Tuğrul Eratın komandası “Fortuna Düsseldorf II” “Erntebryuk”a qonaq olub.

 

Liqanın 6-cı turu çərçivəsində keçirilmiş oyunda düseldorflular minimal hesablı qələbə qazanıblar. Matçdakı yeganə qolu isə millimizin üzvü Tuğrul Erat vurub.

 

O, oyunun 41-ci dəqiqəsində fərqlənib.

 

Bu qələbədən sonra “Fortuna II” xalını 8-ə yüksəldib və 19 komanda arasında 7-ci yerdə qərarlaşıb.

Xəbər lenti