21 Sentyabr 21:54 Tura "Qəbələ"nin qələbəsi ilə yekun vuruldu - YENİLƏNİB
FUTBOL xəbərləri 21 Sentyabr 21:54
11537 baxış

Tura "Qəbələ"nin qələbəsi ilə yekun vuruldu - YENİLƏNİB

Topaz Premyer Liqasında V turunun bütün oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tura Qəbələdə yekun vurulub.

 

UEFA Avropa Liqasında qrup mərhələsinə 1 xalla start verən “Qəbələ” daxili çempionatda da uğurlu nəticə qazanmaq arzusunda idi. 

 

Maraqlı mübarizə şəraitində keçən oyunda ev sahiblərinin nisbətən üstünlüyü hiss olunsa da stadiona toplaşan azarkeşlər qol üçün 90 dəqiqədən də artıq gözləməli oldular.

 

Dodoya qarşı hərəkətə görə təyin olunmuş penaltini Aleksey Qay dəqiq yerinə yetirdi.

 

Qola qədər isə bir epizodda qonaqlar qola çox yaxın olmuş, Uğur Pamukun zərbəsində Bezotosnı qola icazə verməmişdi.

 

Əlavə olunmuş dəqiqələrdə başqa qol olmadı və 5-ci tura "Qəbələ"nin qələbəsi ilə yekun vuruldu.

 

Topa Premyer Liqası

V tur

 

21 sentyabr (bazar ertəsi)


“Qəbələ” – “Sumqayıt” - 1:0

Qol: Qay, 90+2

 

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev 
Qəbələ şəhər stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo (k), 19. Aleksey Qay, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov , 87. Ruslan Abışov 

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 7. Ermin Zets, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 88. Derlis Meza Kolli

Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad–Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov 

Baş məşqçi: Aqil Məmmədov

 

 

Turnir cədvəli

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

"Qarabağ"

5

4

1

0

10-5

13

2

"Qəbələ"

5

3

1

1

7-4

10

3

"İnter"

5

3

1

1

4-3

10

4

"Zirə"

5

2

3

0

4-2

9

5

"Neftçi"

5

2

2

1

6-4

8

6

"Xəzər Lənkəran"

5

1

3

1

5-4

6

7

"Kəpəz"

5

1

2

2

4-5

5

8

"Sumqayıt"

5

0

3

2

2-4

3

9

"Rəvan"

5

0

2

3

4-8

2

10

AZAL

5

0

0

5

0-7

0

 

 

Bombardir: Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 3 qol

Xəbər lenti