14 İyun 15:51 Türkiyə kubokunu qazandırıb ayrıldı
FUTBOL xəbərləri 14 İyun 15:51
643 baxış

Türkiyə kubokunu qazandırıb ayrıldı

Türkiyə klubu “Akhisar”da ayrılıq baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Okan Buruk klubla vidalaşıb.

Buna səbəb rəhbərliyin müqavilə şərtlərini yaxşılaşdırmamasıdı. Komandaya Türkiyə kubokunu qazandıran Buruk yeni müqavilə üçün maaşının artırılmasını tələb edib. Klub buna razı olmadığından, tərəflər yollarını ayırıb.

Qeyd edək ki, Okan Burukun “Akhisar”da illik maaşı 2 milyon lirə idi.

Xəbər lenti