31 Avqust 00:24 Türkiyə Superliqasında 3 böyüklər üçün uğurlu tur - YENİLƏNİB
FUTBOL xəbərləri 31 Avqust 00:24
8808 baxış

Türkiyə Superliqasında 3 böyüklər üçün uğurlu tur - YENİLƏNİB

Türkiyə Superliqasında III tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Qaziantepspor” “Beşiktaş”la qarşılaşıb. "Qara qartal" səfərdə rəqibini darmadağın edib - 4:0.

 

Çempion “Qalatasaray”da “Konyaspor”u meydana çıxmağa peşman edib - 4:1.

 

“Trabzonspor”un “Akhisar”la bərabərə qalıb, “Fənərbaxça” isə “Antalyaspor”u 8-ci uzatma dəqiqəsində vurduğu qolla məğlub etməyi bacarıb.

 

Türkiyə Superliqası

III tur

 

“Qaziantepspor” – “Beşiktaş” – 0:4

Qollar: Oğuzhan, 76, Cenk, 83, Olcay, 87, Kərim Fray, 90

 

"Gənclərbirliyi" - "Kasımpaşa" - 1:0

Qol: Kahveci, 70

 

"Başakşəhər" - "Bursaspor" - 2:1

Qollar: Viska, 19, 74 - Bekir, 40

 

"Konyaspor" - "Qalatasaray" - 1:4

Qollar: Meha, 37 - Burak, 9, Semih, 40, Sneyder, 90, 90+2

 

"Mersin"- "Kayserispor" - 1:2

Qollar: Velliton, 48 - Bayram, 70, Zəki, 85

 

"Əskişəhərspor" - "Rizəspor" - 1:1

Qollar: Erdal, 73 (pen.) - Kveuke, 65

 

"Trabzonspor" - "Akhisar" - 2:2

Qol: Yusuf Erdoğan, 42, Kardozo, 85 - Hasan Kabze, 56 (pen.), Rodallega, 77

 

"Fənərbaxça" - "Antalyaspor" - 2:1

Qol: Nani, 43, 90+8 - Milhomen, 70

 

"Sivasspor" - "Osmanlıspor" - 1:1

Qol: Boye, 90+5 - Ndyae, 76