29 Oktyabr 17:56 Türkiyədə hakimləri girov götürdülər
FUTBOL xəbərləri 29 Oktyabr 17:56
931 baxış

Türkiyədə hakimləri girov götürdülər

Türkiyə Superliqasının X turunda keçirilən “Trabzonspor” – “Qaziantepspor” matçından sonra maraqlı hadisə baş verib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən məlumatına görə, 2:2 hesabı ilə nəticələnən qarşılaşmadan sonra hakimlər briqadası stadiondan uzun müddət buraxılmayıblar.

 

“Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlu komandasının xal itirməsinin səbəbini baş hakim Çağatay Şahanda görüb. Matçdan sonra klub rəsmilərinə zəng vuran prezident hakimlər briqadasının stadiondan buraxılmamasını əmr edib. Həmin vaxt İstanbulda olan Hacıosmanoğlu yalnız səhər Trabzona gələcəyini bildirib və həmin vaxta qədər hakimlərin orda saxlanılmasını istəyib.

 

Dövlət rəsmilərinin çoxsaylı zənglərini cavabsız qoyan Hacıosmanoğlu yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəngindən sonra yerli vaxtla saat 03:45-də hakimlərin buraxılmasını tapşırıb.

 

4 saatlıq “əsirlikdən” sonra “Hüseyn Avni Aker”dən çıxan referiləri stadionun ətrafında azarkeşlər daşa basıblar. Yalnız çevik polis alayının köməkliyi ilə hakimləri hava limanına aparmaq mümkün olub.                              

Xəbər lenti