16 İyun 17:49 Türkiyədə ilin transfer bombası: Eto “Antalyaspor” üçün İstanbula gəldi
FUTBOL xəbərləri 16 İyun 17:49
998 baxış

Türkiyədə ilin transfer bombası: Eto “Antalyaspor” üçün İstanbula gəldi

Dünya şöhrətli ulduz futbolçu Samuel Eto karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının qardaş ölkə mətbuatına istinadən məlumatına görə, kamerunlu hücumçu bu mövsüm Super Liqaya yüksəlmiş “Antalyaspor”un maraq dairəsindədi.

 

Meneceri ilə birlikdə səhər saatlarında İstanbula gələn Eto “Antalyaspor” prezidenti Gültəkin Gəncərlə görüşüb. Hələlik görüşün nəticələri haqqında məlumat verilmir.

 

Ancaq Türkiyə mətbuatına inansaq, “Sampdoriya” illik 1.5 milyon avro ödədiyi 34 yaşlı futbolçunun yüksək maliyyətindən qurtulmaqdan ötrü keçid üçün heç bir transfer haqqı istəmir.

 

Xatırladaq ki, “Antalyaspor” prezidenti Gültəkin Gəncər daha əvvəl Ronaldinyo, Affelay və Eto ilə danışıqlar apardıqlarını, bu üç futbolçudan birini transfer edəcəklərini bildirmişdi.

Xəbər lenti