14 Avqust 08:20 Türkiyəli futbolçu İngiltərə klubunda
FUTBOL xəbərləri 14 Avqust 08:20
947 baxış

Türkiyəli futbolçu İngiltərə klubunda

İsveçrə yığmasının yarımmüdafiəçisi Gökhan İnlərin yeni klubu məlum olub. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumata görə, 31 yaşlı futbolçu karyerasını elə bu ölkədə davam etdirəcək.

 

“Napoli”nin üzvünün “Beşiktaş”a keçəcəyi gözlənilirdi. Lakin Türkiyə əsilli oyunçu son anda Premyer Liqada oynamaq qərarına gəlib. O, elita təmsilçisi “Lester”lə anlaşıb. “Lester” bu keçid üçün “Napoli”yə 7 milyon avro ödəməli olub. Oyunçu burda uğurlu çıxış edəcəyi təqdirdə italyanlar daha 2 milyon avro bonus əldə edəcəklər.

 

Qeyd edək ki, Gökhan İnlər 2011-ci ildən bəri “Napoli”nin formasını geyinib.