31 Avqust 10:18 U-15 Liqasının sponsoru müəyyənləşdi
FUTBOL xəbərləri 31 Avqust 10:18
509 baxış

U-15 Liqasının sponsoru müəyyənləşdi

AFFA yeni sponsorluq müqaviləsi imzalayacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də assosiasiya ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçiriləcək.

 

Tədbir saat 12:00-da başlayacaq. Mərasim “Boulevard Hotel Bakı” otelində baş tutacaq.

 

Anlaşmaya uyğun olaraq, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək. Müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos tərəfindən imzalanacaq.

 

Qeyd edək ki, “Boulevard Hotel Bakı” “Absheron Hotel Group”un Azərbaycanda istifadəyə verdiyi sayca dördüncü oteldir.

 

Xəbər lenti