30 İyul 00:04 “Uduzsaq belə, heç kim bizi mühakimə etməyəcək” – Zaur Svanadze
FUTBOL xəbərləri 30 İyul 00:04
4067 baxış

“Uduzsaq belə, heç kim bizi mühakimə etməyəcək” – Zaur Svanadze

"Bilbaoda olmaqdan məmnunuq. "Atletik" yaxşı komandadı. Rəqibi analiz etmişik. Komandaların şanslarını faizlə dəyərləndirmək çətindi. Amma biz layiqli oynamağa çalışacağıq". Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Gürcü mütəxəssis UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb:

 

"Atletik"in heyətində yaxşı futbolçular çoxdu. Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Uduzsaq belə, heç kim bizi mühakimə etməyəcək. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə gücümüzün çatacağını oyun göstərəcək".

 

"İnter"in maliyyə problemləri var idi. Ümid edirik ki, bundan sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Ötən mövsümkü komandadan hazırda 2-3 futbolçumuz qalıb. Problemlərə baxmayaraq, futbolçularımızın hamısı peşəkardır və onlardan nə gözlənildiyini bilirlər. Bakıya yaxşı nəticə ilə qayıtmağa çalışmalıyıq. Bu mövsüm cəmi dörd rəsmi oyun keçirmişik. Halbuki, komanda tam hazırlıq dövrü keçə bilməyib".

Xəbər lenti

Xəbər lenti