9 İyun 16:13 UEFA “Barselona”lı futbolçulardan ÇL-in medalını qaytarmağı istədi
FUTBOL xəbərləri 9 İyun 16:13
1088 baxış

UEFA “Barselona”lı futbolçulardan ÇL-in medalını qaytarmağı istədi

“Barselona” futbolçularından UEFA Çempionlar Liqasında (ÇL) qazandıqları qızıl medal geri alınacaq. Apasport.az saytı xəbər verir ki, buna UEFA-nın yeni qaydaları səbəb olub.

 

Bu qaydaya əsasən, ÇL-i qazanan komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşür. Bunun üçün mövsüm ərzində 1 dəqiqə də olsa, meydançaya ayaq basmaq vacibdi.

 

“Barselona”da isə 4 futbolçu – qapıçılar Klaudio Bravo, Xordo Masip və müdafiəçilər Tomas Vermalenlə Duqlas Pereyra mövsüm ərzində ən yaxşı halda ehtiyatda oturublar. UEFA da adıçəkilən futbolçulardan onlara verilən medalın geri qaytarılmasını tələb edib.

Xəbər lenti