30 Oktyabr 14:36 UEFA-dan “Qarabağ”a 950 min avro!
FUTBOL xəbərləri 30 Oktyabr 14:36
14461 baxış

UEFA-dan “Qarabağ”a 950 min avro!

UEFA avrokuboklarda iştirak edən klublarının qazandığı vəsaiti komandaların təmsil etdiyi milli assosiasiyaların hesabına köçürüb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak edən Azərbaycan klublarının əldə etdiyi məbləğ  AFFA-ya keçirilib.

 

UEFA-dan assosiasiyaya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin hesabına köçürülüb. “Qarabağ” hamıdan çox – 950, “Qəbələ” 630, “Neftçi” 200 min avro qazanıb.

 

630 min avro əldə edən “İnter”in qazancı isə yaxın günlərdə ünvanına çatacaq. Çünki AFFA ilə “İnter” rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun assosiasiyaya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait paytaxt təmsilçisinin hesabına köçürüləcək.

 

Xəbər lenti