13 Avqust 16:31 UEFA Elçin Məmmədovu Belarusa göndərir
FUTBOL xəbərləri 13 Avqust 16:31
465 baxış

UEFA Elçin Məmmədovu Belarusa göndərir

UEFA daha bir AFFA nümayəndəsinə təyinat verib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasına təyinat alıb.

 

O, pley-off mərhələsi çərçivəsində baş tutacaq BATE (Belarus) - "Partizan" (Serbiya) qarşılaşmasına yollanacaq.

 

Avqustun 18-də Borisov şəhərindəki “Borisov Arena”da keçiriləcək qarşılaşmada Məmmədov tədbirin direktoru (UEFA Venue Director) vəzifəsini icra edəcək.