19 Avqust 20:21 UEFA “Fənərbaxça”nın şikayətini bu dəfə də rədd etdi
FUTBOL xəbərləri 19 Avqust 20:21
419 baxış

UEFA “Fənərbaxça”nın şikayətini bu dəfə də rədd etdi

UEFA Nizam İntizam Komitəsi bu gün keçirilən iclasında “Fənərbaxça”nın şikayətinə baxıb. Apasport.az saytının məlumatına görə, istanbullular “Şaxtyor”la oyunlardan sonra donetsklilərin futbolçusu Fredin dopinq testinin müsbət cavab verməsi ilə bağlı UEFA-ya şikayət etmişdilər.

 

Türklər Çempionlar Liqası III mərhələsində baş tutmuş oyunların nəticəsinin ləğv edilməsini tələb edirdilər. Ali futbol qurumu klubun ilk şikayətinə rədd cavabı versə də, “Fənərbaxça” şansını bir daha sınamaq qərarına gəlmişdi.

 

Ancaq UEFA “sarı bülbüllər”ə bu dəfə də rədd cavabı verib. Bu barədə “Şaxtyor”un rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, braziliyalı futbolçu bu mərhələnin hər iki oyununda iştirak etmişdi.

Xəbər lenti